11 may 2026. Bazar ertəsi

Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək


Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək

UEFA gələn il keçiriləcək AVRO-2020-nin təşkilinə yeni şəhərlər cəlb edə bilər.

Corner.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü, turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

O bildirib ki, təşkilatçı şəhərlərdən hansısa oyunları qəbul etməkdən imtina etsə, başqa variantlar gündəmə gələcək: "İmkanlar elə də geniş deyil. Ya yeni şəhərlər olacaq, ya da matçlar yerdə qalanlar arasında yenidən bölüşdürüləcək. İkinci variant daha az zəhmət tələb tələb edir. Oyunların yenidən bölüşdürülməsi UEFA-nın səlahiyyətindədir".

Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya, Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb