- Avropa çempionatı
- 11:12 05.11.2024
UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
Corner.az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.