- Avropa çempionatı
- 11:12 05.11.2024
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo ölkəsi Portuqaliya millisini çalışdırmaq variantı haqda danışıb.
Corner.az xəbər verir ki, təcrübəli mütəxəssis "Fox Sports"a müsahibəsində bu variantı istisna etməyib: "2004-cü ildə Portuqaliyadan ayrıldım və geri qayıtmadım. Bilirəm ki, çoxları bir gün Portuqaliya millisinə rəhbərlik edəcəyimi gözləyir.
Hələlik buna dəqiq cavab verə bilmirəm, amma niyə də olmasın? 57 yaşım var, məşqçi üçün hələ gəncəm. Mən illərdir zirvədəyəm və hələ də yorulmamışam. İndi çətin bir dövrü keçirəm və koronavirus səbəbiylə evdə qalmaqdan yoruldum ".
Qeyd edək ki, Mourinyo məşqçi karyerasına 1987-ci ildə başlayıb. (qol)