23 aprel 2026. Cümə axşamı

UEFA-dan Avro-2020 ilə bağlı açıqlama


UEFA-dan Avro-2020 ilə bağlı açıqlama

UEFA Avropa çempionatının final mərhələsinin oyunlarını 2021-ci ildə planlaşdırıldığı kimi eyni 12 şəhərdə keçirməyi hədəfləyir.

Corner.az-ın qurumun mətbuat xidmətin istinadən yaydığı xəbərə görə, qitə futbol qurumu düşünür ki, həlledici matçlar təqvimi də dəyişməməlidir.

Avro-2020-nin təşkilatçı şəhərləri, əvvəllər bildirildiyi kimi, təxirə salınmış turnirin oyunlarının qəbul etməsi ilə bağlı aprelin 30-dək UEFA-ya zəmanət verməli idi: "Avro-2020-nin 11 iyun- 11 iyul 2021-ci il tarixlərində olacağı gözlənilir. Turniri həminki təqvimlə və həmin 12 şəhərdə keçirməyə köklənmişik. Ancaq bu günə qədər turnir təqvimi rəsmən təsdiqlənməyib. Bu məsələylə bağlı 12 şəhərin hamısıyla əlaqə saxlamaqda davam edirik" – deyə mətbuat xidmətindən bildirilib.

UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda baş tutması planlaşdırılır.(qol)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb