- Avropa çempionatı
- 15:35 16.11.2025
Paraqvay millisinin baş məşqçisi Eduardo Berizzo üç aylıq maaşının bir hissəsindən imtina edib.
Corner.az xəbər verir ki, bu barədə Paraqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Argentinalı mütəxəssisin koronavirus pandemiyasının yaratdığı maliyyə çətinliklərinə görə aprel, may və iyun ayları üzrə məvacibinin 50 faizinin kəsilməsinə razı olub.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis daha öncə İspaniyanın “Atletik”, “Sevilya” və “Selta” klublarını da çalışdırıb.(qol)