5 dekabr 2025. Cümə

Danimarka AVRO-2020 ilə bağlı qərarını açıqladı


Danimarka AVRO-2020 ilə bağlı qərarını açıqladı

Danimarka Futbol İttifaqı (DBU) və Kopenhagen şəhərinin rəhbərliyi 2021-ci ildə AVRO-2020-nin 4 oyununu təşkil etməyə hazır olduqlarını açıqlayıb.  

Corner.az-ın Tips Bladet"ə istinadən məlumatına görə, onlar eyni zamanda "Tur de Frans"ın bir mərhələsini də keçirəcəklərini bəyan ediblər. 

"AVRO-2020-nin bütün 4 oyununu gələn yay Kopenhagendə keçirməyi bacaracağımızı fəxrlə elan edə bilərəm", - deyə şəhər meri Frank Yensen mətbuat konfransında açıqlama verib.  

Daha əvvəl Danimarka tərəfi müəyyən edilmiş tarixə - 30 aprelədək müvafiq yazılı təsdiq məktubunu UEFA-ya göndərə bilməyəcəyini söyləyərək, mayın 8-dək vaxt istəmişdi. Artıq həmin məktub Avropa futbol qurumuna göndərilib. 

Qeyd edək ki, AVRO-2020-də Danimarka yığması Kopenhagendə B qrupundakı rəqibləri Finlandiya, Belçika və Rusiyanı qəbul edəcək. Eyni zamanda 1/8 final mərhələsinin 1 görüşü paytaxtın "Parken" stadionunda keçiriləcək. 

Çempionat qarşılaşmaları isə 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. (report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb