5 dekabr 2025. Cümə

Niderland da oyunlarla bağlı zəmanət verdi


Niderland da oyunlarla bağlı zəmanət verdi

İspaniyanın Bilbao şəhərindən sonra Niderlandın paytaxtı Amsterdam da AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəyini təsdiqləyib.

Corner.az-ın məlumatına görə, bu barədə yerli federasiyanın baş katibi Qeys de Yonq "Voetbal International" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, şəhər bələdiyyəsi 2021-ci ildə şəhərdə dörd oyun keçirməyin mümkün olacağını vəd edib: "Hələ də bəzi detalları müzakirə edirik, amma "Yohan Kroyf Arena" da oyunların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Hər şeyi tamamlamaq və rəsmiləşdirmək üçün bir az vaxt lazımdır. Buna müvəffəq olacağımızı güman edirik".

Qeyd edək ki, daha əvvəl Rusiya, Danimarka, Şotlandiya və İspaniya AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb