- Avropa çempionatı
- 15:35 16.11.2025
Belçika Futbol Federasiyası millinin baş məşqçisi Roberto Martineslə müqaviləni uzadıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcının yeni sözləşməsi 2022-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Martines 2016-cı ildən yığmaya rəhbərlik edir. Komanda onunla DÇ-2018-də üçünçü yeri tutub.