5 dekabr 2025. Cümə

Daha bir ölkə UEFA-ya təminat verdi


Daha bir ölkə UEFA-ya təminat verdi

Azərbaycandan sonra Rumıniya da AVRO-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Corner.az-ın məlumatına görə, bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb