5 dekabr 2025. Cümə

Çox adam İtaliya millisini çalışdırmaqdan qorxurdu


Çox adam İtaliya millisini çalışdırmaqdan qorxurdu

"Mən gəlməmişdən əvvəl heç kim yığmanı çalışdırmaq istəmirdi. Məndən soruşdular və razılaşdım".
 
Corner.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmaya təyin olunması ilə bağlı danışarkən deyib.

O, "Roma TV"yə açıqlamasında bildirib ki, yığmada nəsil dəyişikliyi olduğundan digər namizədlər baş məşqçi olmaqdan çəkinib: "Çox adam çətin vəziyyətə düşməkdən qorxurdu, ancaq futbol belə vəziyyətlərdən ibarətdir, buna görə də tam əmin olmaq və gənc oyunçularına bacarığına inanmaq lazımdır. Hələ təcrübə qazanacaqlarına inanıram.

İtaliyada hər zaman yaxşı futbolçular olub. Ancaq zəif rəqiblərlə oyunda da qalib gəlmək həmişə çətindir. Daha öncə sahib olduğumuzdan fərqli iş görmək istədik. Yaxşı oynamağa və əlimizdən gələni etməyə çalışdıq. Mənim fikrim azarkeşləri komandaya yaxınlaşması üçün xüsusi iş görmək idi".

Qeyd edək ki, 55 yaşlı çalışdırıcı 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb