5 dekabr 2025. Cümə

UEFA Avro-2020-nin keçiriləcəyi şəhərləri açıqladı


UEFA Avro-2020-nin keçiriləcəyi şəhərləri açıqladı

AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik olmayacaq.

Corner.az-ın "Sky Sports"a istinadən məlumatına görə, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Qitə futbol qurumu oyunların keçiriləcəyi 12 şəhəri təsdiqləyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb