26 aprel 2026. Bazar günü

Azərbaycanla matçdakı zədədən sonra 3 oyun kənarda qaldım


Azərbaycanla matçdakı zədədən sonra 3 oyun kənarda qaldım

Xorvatiya millisinin kapitanı Luka Modriç "Real" üçün mövsümün uğursuz startından danışaraq AVRO-2020-nin seçmə matçında Azərbaycan millisi ilə oyunu xatırlayıb.

Corner.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Bakcell Arena"dakı matçda zədələnməsinin onu geri saldığını deyib:

"Əvvəla, bu mövsüm mənim üçün pis başladı - artıq "Selta" ilə ilk matçın 56-cı dəqiqəsində karyeramdakı ilk qırmızı vərəqəni heç nədən aldım. Təsadüfən arxadan rəqibinin ayağını tapdaladığım zaman nə cəza olmalıdı... Nəticədə növbəti matçı buraxdım, "Vilyarreal"la görüşə  isə ehtiyat oyunçular skamyasından başladım. Sonra milli komandanın sərəncamında olduğum zamanı Azərbaycana qarşı matçda zədələndim. Nəticədə 3 qarşılaşmanı kənardan izlədim. Zidan məni "Atletiko", sonra isə "Qranada" ilə matçda start heyətinə daxil etmədi".

Xatırladaq ki, "Real" bu mövsüm La Liqanın çempionu adını qazandı.(qol)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb