9 may 2026. Şənbə

Lion'un futbolçusu millimizlə matçda oynamayacaq


Lion'un futbolçusu millimizlə matçda oynamayacaq

21 yaşadək futbolçulardan ibarət Fransa millisi Azərbaycana qarşı keçirəcəyi matçdan əvvəl itki ilə üzləşib. 

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Silven Ripoll "Lion"da çıxış edən Jeff Ren-Adelaidin xidmətindən yararlana bilməyəcək. 

Komandanın kapitanı Gürcüstanı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. Əzələsindən xəsarət almış 22 yaşlı yarımmüdafiəçi 26-cı dəqiqədə əvəzlənib. Buna baxmayaraq, Ren-Adelaid komanda ilə birlikdə Azərbaycana səfər edib. 

Qeyd edək ki, bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq. 







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb