- Avropa çempionatı
- 11:12 05.11.2024
AÇ-2020-nin pley-off mərhələsinə start verilib.
Corner.az xəbər verir ki, 16 komanda Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparıb.
A yolu Bolqarıstan Macarıstanla, İslandiya isə Rumıniya ilə üz-üzə gəlib. Bu görüşlərdə macarlarla islandlar qalib gəlib.
Millətlər Liqasının D qrupunda Azərbaycanla mübarizə aparan və qrupu lider olaraq tamamlayan Kosovo yığması pley-offda Şimali Makedoniya ilə qarşılaşıb və məğlub olub. D yolunun digər görüşündə Gürcüstan Belarusa minimal hesabla qalib gəlib.
B yolu Bosniya və Herseqovina – Şimali İrlandiya və Slovakiya – İrlandiya oyunlarında qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən irlandlar və slovaklar növbəti mərhələyə adlayıb. C yolu Şotlandiya da İsraili penaltilərlə üstələyib. Serbiya yığması isə Norveç üzərində qələbəyə sevinib.
AÇ-2020
Pley-offun ilk oyunları
8 oktyabr
A yolu
Bolqarıstan – Macarıstan 1:3
Qol: Yomov, 89 – Orban, 17. Kalmar, 47. Nikoliks, 75.
İslandiya – Rumıniya 2:1
Qol: Siqurdsson, 16; 35 – Maksim, 62-pen.
B yolu
Bosniya və Herseqovina – Şimali İrlandiya 1:1 (penaltilər 3:4)
Qol: Kruniç, 14 – Makqinn, 53.
Slovakiya – İrlandiya 0:0 (penaltilər 4:2)
C yolu
Norveç – Serbiya 1:2
Qol: Normann, 88 – Milinkoviç-Saviç, 82; 103.
Şotlandiya – İsrail 0:0 (penaltilər 5:3)
D yolu
Gürcüstan – Belarus 1:0
Qol: Okriaşvili, 7-pen.
Şimali Makedoniya – Kosovo 2:1
Qol: Kololli, 16-öz qapısına. Velkovski, 33 – Haderqyonay, 29.