5 dekabr 2025. Cümə

Komanda yoldaşı Ronaldoya görə karantinə alına bilər


Komanda yoldaşı Ronaldoya görə karantinə alına bilər

 "Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş 14 günlük karantinə alına bilər.

Corner.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Portuqaliya yığmasındakı komanda yoldaşı Kriştiano Ronaldonun koronavirusa yoluxmasıdır.

Britaniya hökumətinin təlimatlarına əsasən, koronavirus xəstəsi ilə təmasda olan şəxs ölkəyə qayıtdıqdan sonra 14 günlük karantinə alınmalıdır. Bu qaydanın portuqaliyalı oyunçuya şamil edilməmə ehtimalı da var. Belə olacağı təqdirdə, Fernandeş "qırmızı şeytanlar"ın heyətində qarşıdakı 4 oyunu buraxacaq.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun koronavirusa yoluxduğunu ötən gün açıqlayıb. 







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb