5 dekabr 2025. Cümə

UEFA Serbiyanı cəzalandırdı


UEFA  Serbiyanı cəzalandırdı
UEFA Serbiya Futbol Federasiyasını, eləcə də bu ölkənin yığma komandasının baş məşqçisi Lyubişa Tumbakoviçi cəzalandırıb.
 
Corner.az xəbər verir ki, buna sözügedən komandanın UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Macarıstanla ev oyununda çıxış tunelinə bir neçə dəqiqə gec gəlməsi səbəb olub.
 
UEFA buna görə Serbiya Futbol Federasiyasını 20 min avro cərimə edib. Lyubişa Tumbakoviç isə bir oyunluq cəzaya və 5 min avro cəriməyə layiq görülüb.
 
UEFA onu da bəyan edib ki, Tumbakoviçin cəzası AÇ-2020-nin pley-off mərhələsi çərçivəsində noyabrın 12-də baş tutacaq Şotlandiya ilə oyuna aid deyil. O, UEFA Millətlər Liqası çərçivəsində noyabrın 15-də keçiriləcək Macarıstanla görüşü buraxacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb