5 dekabr 2025. Cümə

Mançini koronavirusa yoluxdu


Mançini koronavirusa yoluxdu

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirusa yoluxub.

Corner.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis simptomsuz virusun daşıyıcısıdır və hazırda Romadakı evində təcridetmədədir. Məşqçi karantin müddətinin başa çatmasından sonra işə başlayacaq.

Xatırladaq ki, Mançini oktyabrın sonlarında özünün instaqramdakı səhifəsində koronavirus pandemiyası mövzusunda satirik şəkil paylaşıb. Fotoda tibb bacısı xəstəxanadakı pasiyentdən soruşub: "Siz necə yoluxdunuz?". Pasiyent "xəbərlərə baxırdım", - deyə cavab verib. İtaliya yığmasının baş məşqçisinin paylaşımı sosial şəbəkə istifadəçilərinin reaksiyaları ilə qarşılaşıb. Mançini bundan sonra paylaşımına yazılan şərhləri dayandırıb.

Roberto Mançini Peterburq 2018-ci ildə "Zenit"indən getdikdən İtaliya yığmasına başçılıq etməyə başlayıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb