5 dekabr 2025. Cümə

Qrizmann şokdadır - Deşam


Qrizmann şokdadır - Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçuları Antuan Qrizmannın “Barselona”dakı durumuna münasibət bildirib.

Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis "Telefoot"a açıqlamasında futbolçunun çətin durumdan keçdiyini söyləyib.

Deşam Qrizmannın tədricən daha yaxşı çıxış edəcəyini bildirib: “Qrizmann bir az şokdadır, dəyişməlidir. Amma onun bacarığını heç vaxt şübhə altına almayacağam. Düzü, klublarında çətin vəziyyətdən keçən bütün oyunçular bir az şoka düşürlər. Bu da təbiidir”.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 7 oyuna 2 qol vurub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb