- Avropa çempionatı
- 15:35 16.11.2025
Millətlər Liqasının 5-ci turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının bir üzvündə koronavirus aşkarlanıb.
Corner.az xəbər verir ki, bu barədə Monteneqro millisinin mətnbuat xidməti məlumat yayıb. Virusa yoluxan futbolçunun adı açıqlanmayıb. Onun karantinə alındığı bildirilib.
Monteneqronun U-21 millisinin də bir futbolçusunda koronavirus aşkarlanıb.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.