5 dekabr 2025. Cümə

AÇ-2020-yə son vəsiqələrin sahibi bilindi


AÇ-2020-yə son vəsiqələrin sahibi bilindi

Bu gün AÇ-2020-nin pley-off mərhələsinin son 4 oyunu keçirilib.

Corner.az xəbər verir ki, bu matçlardan sonra gələn il baş tutacaq final mərhələsinə yüksələn sonuncu komandaların adı müəyyənləşib.

D yolunda Gürcüstan öz meydanında Şimali Makedoniyaya məğlub olaraq, tarixi şansı qaçırıb. Əvəzində Şimali Makedoniya tarixində ilk dəfə qitə birinciliyində iştirak hüququ qazanıb.

A yolunda Macarıstan İslandiya önündə uzun müddət geridə olmasına baxmayaraq, son dəqiqələrdə nəinki məğlubiyyətdən qaçıb, hətta əzmkar qələbə qazanıb.

B yolunda Şimali İrlandiya – Slovakiya və C yolunda Serbiya – Şotlandiya görüşündə eyni ssenari yaşanıb. Hər iki qarşılaşmada ev sahibləri son anda məğlubiyyətdən qurtulub və əlavə vaxta ehtiyac yaranıb. Belfastda Slovakiya əlavə vaxtda vurduğu qolla sevinən tərəf olub. Belqraddakı oyunda isə penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan şotlandlar Avropa çempionatına vəsiqə əldə ediblər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə salınan və 12 şəhərdə baş tutacaq AÇ-2020-nin 20 iştirakçısı seçmə mərhələdə müəyyənləşib. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.

AÇ-2020-nin pley-off mərhələsi
Final

12 noyabr

A yolu

Macarıstan – İslandiya 2:1
Qol: Neqo, 88. Soboslai, 90+2 – Siqurdsson, 11.

B yolu

Şimali İrlandiya – Slovakiya 1:2
Qol: Şkrinyar, 88-öz qapısına – Kuçka, 17. Duriş, 110.

C yolu

Serbiya – Şotlandiya 1:1 (penaltilər 4:5)
Qol: Yoviç, 90 – Kristie, 52.

D yolu

Gürcüstan – Şimali Makedoniya 0:1
Qol: Pandev, 56.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb