5 dekabr 2025. Cümə

Gürcüstan millisi başsız qaldı


Gürcüstan millisi başsız qaldı

Gürcüstanın milli komandasının baş məşqçisi Vladimir Vayss istefa verib.

Corner.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib.

Slovakiyalı mütəxəssis buradakı işinin başa çatdığını deyib: "Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu".

56 yaşlı baş məşqçi Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off oyunundakı məğlubiyyətə görə üzr istəyib.

Qeyd edək ki, ötən gün baş tutan matçda rəqibinə 0:1 hesabı ilə uduzan Gürcüstan millisi 2021-ci ilin yayında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə şansını əldən verib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb