26 noyabr 2024. Çərşənbə axşamı

Yoahim Lövlə bağlı qərar verildi


Yoahim Lövlə bağlı qərar verildi
Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün aqibəti bəlli olub.
 
Corner.az xəbər verir ki, son oyunlardakı uğursuz nəticələrdən, xüsusilə İspaniya ilə oyundakı 0:6 hesablı ağır məğlubiyyətdən sonra 60 yaşlı mütəxəssisin istefası gözlənilirdi.
 
Lakin Almaniya Futbol Federasiyası onun postunda qalmasına qərar verib. Lövün aqibətini müzakirə etmək üçün bir araya gələn qurumun rəhbərliyi İspaniyaya böyükhesablı məğlubiyyətin istefa üçün yetərli olmadığını vurğulanıb. Federasiyanın rəsmi saytının yaydığı məlumatda təcrübəli mütəxəssisin işini davam etdirəcəyi, gələn il keçiriləcək AÇ-2020-də də komandaya rəhbərlik edəcəyi qeyd olunub.
 
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya millisinə rəhbərlik edir. Sözügedən komanda onun rəhbərliyi altında DÇ-2014-ün qalibi olub.






Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb