5 may 2026. Çərşənbə axşamı

UEFA-nın qərarı əsl dəlilikdir – Berti Foqts


UEFA-nın qərarı əsl dəlilikdir – Berti Foqts

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Avro-2020 ilə bağlı danışıb.

Corner.az xəbər verir ki, 75 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında  koronavirus pandemiyasının dünyanı əhatə etdiyi bir vaxtda qitə birinciliyinin təşkilini uğurlu addım saymadığını və çempionatın yenidən təxirə salınmasının tərəfdarı olduğunu bildirib:

“Avropa çempionatı pandemiya dönəmini uğurlu idarə edən bir ölkədə keçirilməlidir. Turnirin taleyi ilə bağlı hələ heç kim UEFA-dan dəqiq məlumat almayıb. Bu da məni heyrətə gətirir. Millidə işləmiş məşqçi kimi UEFA-ya müraciət edirəm: Avropa çempionatını təxirə salın. Yekun qərarınızı indi verin. Əks təqdirdə, sonra çox gec olacaq. UEFA-nın turniri iyuna salma qərarı əsl dəlilikdir. Yarışı dekabrın ortalarına qədər təxirə salmaq lazımdır. Ümid edirəm ki, o vaxta qədər tribunalara daha çox azarkeş buraxılar. Çünki insanlar peyvənd olunacaq. Futbol azarkeşi olaraq demək istəyirəm ki, Avropa çempionatı dünyanın ən gözəl və həyəcanlı idman hadisələrindən biridir. Məhz bu səbəbdən, yarışı bir daha təxirə salmalıyıq”.

Ötən ilin yayında keçirilməli olan Avropa çempionatı koronavius pandemiyası səbəbindən təxirə salınıb. Turnirin bu il iyunun 11-dən iyulun 11-dək təşkil olunacağına qərar verilib.

Xatırladaq ki, A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb