26 noyabr 2024. Çərşənbə axşamı

Portuqaliya yığması ciddi problemlə üzləşib


Portuqaliya yığması ciddi problemlə üzləşib

 Portuqaliya yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyundan əvvəl problemlə üzləşib.

Corner.az-ın məlumatına görə, bu, yığmaya İngiltərə Premyer Liqası klublarından cəlb olunan oyunçuların geri dönüşdə karantinə alınacaqları ilə əlaqədardır.

Portuqaliya koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən sayılır və "qırmızı siyahı"da yer alıb. Böyük Britaniya hökumətinin qəbul etdiyi qərara əsasən, İngiltərədən Portuqaliyaya gedəcək şəxslər öz klublarına qayıdarkən, oteldə 10 gün məcburi karantində qalmalıdır.

Hazırda İngiltərə Premyer Liqasında 18 portuqaliyalı oyunçu var. Onlardan 10-u 2020-ci il noyabrın 17-də səfərdə Xorvatiyanı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının oyununda iştirak edib.

Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb