11 avqust 2026. Çərşənbə axşamı

FİFA Əl-Həddadiyə icazə verdi - milli seçimini dəyişməyə


FİFA Əl-Həddadiyə icazə verdi - milli seçimini dəyişməyə

FIFA "Sevilya"nın futbolçusu Munir Əl-Həddadinin idman vətəndaşlığının dəyişdirildiyini təsdiqləyib.

Corner.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Mərakeş əsilli hücumameylli yarımmüdafiəçinin sözügedən ölkənin millisində oynamasına icazə verilib.

Artıq 26 yaşlı oyunçu yığmanın formasını geyinə bilər.

Qeyd edək ki, ikili vətəndaşlığı olan Munir Əl-Hədddadi 2014-cü ildə İspaniya millisinin formasını geyinib. Bu səbəbdən FIFA 2018-ci ildə onun Mərakeş yığmasında oynamaqla bağlı istəyini rədd edib. 2020-ci ilin sentyabrında idman vətəndaşlığının dəyişdirilməsinə dair qərarın yumşaldılmasından sonra növbəti dəfə ali futbol qurumuna üz tutan oyunçu yenə eyni halla üzləşib. Forvard 3-cü cəhdində arzusuna çatıb







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat