5 dekabr 2025. Cümə

Millimizin rəqibi Amerika Kubokundan imtina etdi


Millimizin rəqibi Amerika Kubokundan imtina etdi

Qətər və Avstraliya yığmaları bu il 11 iyun - 11 iyulda keçiriləcək Amerika Kubokunda iştirakdan imtina edib.

Corner.az "Varsky Sports"a istinadən xəbər verir ki, hər iki kollektiv həmin tarixdə DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparacaq.

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Amerika Kubokunun son qalibi Braziliya yığmasıdır.

Qeyd edək ki, UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb