5 dekabr 2025. Cümə

Millimizin rəqibində yeni məşqçi


Millimizin rəqibində yeni məşqçi
 İrlandiya yığmasında yeni məşqçi təyinatı gerçəkləşib.
 
Corner.az xəbər verir ki,“Çelsi”nin məşqçisi Entoni Berri İrlandiya yığmasının baş məşqçisi Stiven Kenninin köməkçisi təyin olunub.
 
Bu barədə İrlandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilib ki, Entoni hər iki komandada çalışacaq. O, yığmanın düşərgəsinə seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.
 
Qeyd edək ki, İrlandiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndir.
 
Millimiz A qrupunda İrlandiyadan başqa Portuqaliya, Serbiya və Lüksemburqla da mübarizə aparacaq. İrlandiya ilə ilk görüş sentyabrın 4-də səfərdə, ikinci matç isə oktyabrın 9-da Bakıda baş tutacaq






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb