- Avropa çempionatı
- 15:35 16.11.2025
Yoahim Löv Avropa çempionatından sonra Almaniya millisinin baş məşqçi postunu tərk edəcək.
Corner.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, 61 yaşlı mütəxəssis 2022-ci il dünya çempionatınadək olan müqaviləsinin AVRO-2020-dən sonra pozulmasını xahiş edib. DFB isə bu müraciəti müsbət cavablandırıb.
Qeyd edək ki, Yoahim Löv Almaniya millisində 2004-cü ildən köməkçi-məşqçi, 2006-cı ildən isə baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında Bundestim 2014-cü ildə dünya çempionu və 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub.