5 dekabr 2025. Cümə

Bordin Keşlə'nin qapıçısına dəvət göndərdi


Bordin Keşlə'nin qapıçısına dəvət göndərdi

 Moldova millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində mart ayında keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Corner.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Roberto Bordin 38 futbolçuya dəvət göndərib.

Onların arasında “Keşlə”nin qapıçısı Stanislav Namaşkonun da adı var. İtalyan mütəxəssis Bakı klubunun digər moldovalı oyunçusu Yevgeni Koçuka isə ehtiyac duymayıb.

Qeyd edək ki, martın 20-da bir araya gələcək Moldova yığması 5 gün sonra evdə Farer adaları ilə qarşılaşacaq. Martın 28-də Danimarkanın qonağı olacaq moldovalılar 3 gün sonra İsraili qəbul edəcək.

Roberto Bordin 2018-2020-ci illər aralığında Azərbaycanda “Neftçi”nin baş məşqçisi olub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb