5 dekabr 2025. Cümə

Giqqz Uels yığmasından kənarlaşdırıldı


Giqqz Uels yığmasından kənarlaşdırıldı

Rayan Giqqz Uels millisinin baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb.

Corner.az Uels Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Belçika və Çexiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarını və Meksika ilə yoldaşlıq görüşünü Robert Peycin rəhbərliyi altında keçirəcək.

Peyc bunadək ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda komandanın sükanı arxasında olub.

2020-ci ilin noyabrında Giqqz rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. Sabiq yarımmüdafiəçi günahını boynuna almayıb. 46 yaşlı mütəxəssis dindirildikdən sonra araşdırma başa çatanadək girov müqavilində azadlığa buraxılıb.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb