26 noyabr 2024. Çərşənbə axşamı

Millimizin sabiq baş məşqçisi Lövə məsləhət verdi


Millimizin sabiq baş məşqçisi Lövə məsləhət verdi

"Lövün yerində olsam, bütün klubların təklifini rədd edərdim. O, milli komandada işləməyə öyrəşib. Hansısa liqada gündəlik iş stresi yaşamaq məcburiyyətində deyil".

Corner.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts "T-online" nəşrinə açıqlamasında AVRO-2020-nin sonunda Almaniya yığmasından ayrılacağını açıqlayan Yoahim Lövün qərarına münasibət bildirərkən deyib.

75 yaşlı mütəxəssis həmyerlisinə ABŞ və ya İsveçrə millisinin sükanı arxasına keçməyi məsləhət görüb: "Bu, əla olardı. Hər iki yığmanın böyük potensialı var. Təbii ki, Almaniya millisindəki uğurlar təkrarlamaq asan olmayacaq. Amma bu, Lövün karyerasının sonunda əla dayanacaq ola bilər".

Foqtsun fikrincə, 61 yaşlı mütəxəssis qərar vermək üçün tələsməməlidir: "İş hər zaman var. Həmişə ürəyinizin səsinə qulaq asın. Futbol dünyasına qayıtmaq istəsəniz, həyəcanverici layihə axtarın".

Qeyd edək ki, Berti Foqts 2008 - 2014-cü illərdə Azərbaycan millisinə başçılıq edib.(report)







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb