5 dekabr 2025. Cümə

Millidə yeni kapitan – 22 yaşında


Millidə yeni kapitan – 22 yaşında

 Norveç milli komandasının yeni kapitanı bəlli olub.

Corner.az xəbər verir ki, bu, hazırda icarə əsasında “Arsenal”da çıxış edən yarımmüdafiəçi Martin Odeqarddır. Bu barədə Norveç millisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, artıq yığmanın oyunlarında kapitanlıq sarğısını 22 yaşlı futbolçunun daşıyacağı bildirilib.

Norveç millisinin bundan əvvəlki kapitanı Stefan Yohansen idi. 30 yaşlı futbolçu yığmadakı karyerasını bitirdiyini açıqlayıb.

Odeqard müqavilə ilə İspaniya “Real”ına məxsusdur.

Norveç millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Cəbəllütariq, 27-də Türkiyə, 30-da isə Monteneqro ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb