5 dekabr 2025. Cümə

Azərbaycanla eyni qrupda mübarizə aparmaq möhtəşəmdi


Azərbaycanla eyni qrupda mübarizə aparmaq möhtəşəmdi

“Tamaşaçısız oynamaq normaldı. Qazanmaq, 3 xalla başlamaq istəyirik”.

Corner.az xəbər verir ki, bu sözlər portuqaliyalı futbolçu Joze Fonteyə məxsusdu.

Portuqaliya millisi dünya çempionatının seçmə qrup mərhələsində ilk oyununu Azərbaycana qarşı keçiriəcək. Qarşılaşma martın 24-də İtaliyada, Turin şəhərində baş tutacaq. Bu haqda danışan Fonte bildirib ki, Portuqaliya yığması hazırda inanılmaz səviyyədədi: “Böyük klublarda oynayan futbolçularımız var. Fantastik, möhtəşəm qrupda yer almışıq. Portuqaliya bu qrupda ən yaxşısını etməyə çalışmalıdı. Hər mövqedə səviyyəli iki oyunçumuz yer alır. Milli komandada olmaq çox xoşdu. Bu qrupda mübarizə aparmaq möhtəşəmdi”.

37 yaşlı futbolçunun sözlərinə görə, Portuqaliya yığması qələbə üçün oynamağa öyrəşib: “İstənilən komandaya qalib gələ bilərik.  Məsuliyyətimizi bilirik. Avropa çempionuyuq və hər oyunu qazanmaq üçün çalışacağıq. Düzdü, çətindi, amma bizim də “silahlarımız” var. Qrupdakı digər komandalar Portuqaliya kimi böyük komanda ilə qarşılaşacaqlarını bilirlər”.

Qeyd edək ki, dünya çempionatının seçmə qrup mərhələsində Portuqaliya və Azərbaycanın yer aldığı qrupda Serbiya, İrlandiya və Lüksemburq yığmaları da mübarizə aparır.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb