Bu il keçiriləcək futbol üzrə Amerika Kubokunda 10 komanda iştirak edəcək.
Corner.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Qətər və Avstraliya millilərinin turnirə qatılmaqdan imtina etdikləri bildirilib.
Amerika Kubokunda digər qitələrdən millilərin iştirakı ənənəvi hal olsa da, budəfəki dəvətlilər Avstraliya və Qətər təklifi müsbət cavablandırmayıb. Kolumbiya və Argentinanın birgə ev sahibliyi edəcəyi Amerika Kuboku iyunda keçiriləcək.
Amerika Kubokunda Argentina, Kolumbiya, Çili, Braziliya, Ekvador, Paraqvay, Boliviya, Venesuela, Uruqvay və Peru iştirak edəcək.
Qətər yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla bir qrupda mübarizə aparacaq. Qətərlilər martın 27-də Azərbaycan yığması ilə üz-üzə gələcək.