5 may 2026. Çərşənbə axşamı

Millinin baş məşqçisi Honda'nın Neftçi'yə keçidindən danışdı


Millinin baş məşqçisi Honda'nın Neftçi'yə keçidindən danışdı

Yaponiya millisinin baş məşqçisi Moriyasu Hadzime Keysuke Hondanın "Neftçi"yə keçidinə münasibət bildirib.

Corner.az-ın məlumatına görə, yerli mətbuata danışan 52 yaşlı mütəxəssis yarımmüdafiəçinin çıxışını diqqətdə saxlayacağını söyləyib.

Hadzimenin sözlərinə görə, "Weis Scouts" sistemi vasitəsilə 35 yaşlı pleymeykerin Premyer Liqadakı oyunları izləniləcək: "Biz bu sistemin köməkliyi ilə dünyanın bütün liqalarında keçirilən matçlara baxa bilirik. Azarkeşlərimiz Hondanın oyunlarını izləmək istəyirlərsə, bu sistemdən yararlana bilərlər. Ümid edirəm ki, futbolçu öz çıxışı ilə bizi yaxşı mənada təəccübləndirəcək".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb