30 iyun 2026. Çərşənbə axşamı

Avro-2020 azarkeşlərin iştirakı ilə keçiriləcək


Avro-2020 azarkeşlərin iştirakı ilə keçiriləcək
UEFA prezidenti Aleksander Çeferin AÇ-2020-nin oyunlarının azarkeşlərin iştirakı ilə keçiriləcəyini bildirib. 

Corner.az xəbər verir ki, bu barədə 54 yaşlı funksioner “Sky Sports”a açıqlamasında deyib.
 
Çeferin, AÇ-2020-də bütün oyunların azarkeşlərin iştirakı ilə keçiriləcəyini və bunu qəbul etməyən ölkələrdən ev sahibliyinin alınacağını bildirib:
 
“Bir neçə ssenarimiz var. AÇ-2020-də hansısa bir oyunun azarkeşsiz keçirilməsi ehtimalı yoxdur. Ev sahibi hər ölkə oyunların azarkeşlərlə keçirilməsini təmin etməlidir. Yekun qərar aprelin 20-də veriləcək”.
 
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat