5 may 2026. Çərşənbə axşamı

Serbiyalı futbolçu qadağaya rəğmən, Azərbaycana qarşı oynamaq istəyir


Serbiyalı futbolçu qadağaya rəğmən, Azərbaycana qarşı oynamaq istəyir

"Nə olacağını gözləyirik. Bu dəqiqə hər şey oyunçuların ixtiyarındadır. Klublarda qadağamız var, amma onun həlli ilə məşğuluq. Ümid edirəm ki, problem həll olunacaq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Stefan Mitroviç 2022-ci il dünya çempionatının seçmə oyunlarını buraxma təhlükəsi ilə bağlı "24sedam" nəşrinə açıqlamasında deyib.

31 yaşlı müdafiəçi qarşılaşmalarda mütləq iştirak etmək istədiyini bildirib: "Milli komandanın toplanışına qatılmalıyam. Mən üçün yığmada və Serbiyada oynamaq ən vacib hadisədir. Serbiya Futbol İttifaqı problemi həll etmək üçün əlindən gələni edir. Hər kəs üçün yaxşı həll tapılacağına inanıram. Digər oyunçularla mütəmadi danışıram, hamımız bu məsələ ilə bağlı müsbət nəticə gözləyirik".

Mitroviçlə yanaşı, Fransa çempionatında "Renn"də çıxış edən qapıçı Predraq Raykoviç və "Monpelye"nin yarımmüdafiəçisi Mixaylo Ristiçin qarşıdakı görüşlərdə oynamama təhlükəsi var. Səbəb Fransa hökumətinin pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdir. Avropa Birliyinə daxil olmayan ölkələrdən Fransaya səfər edildikdə məcburi 10 günlük karantin tətbiq edilir. Bu isə o deməkdir ki, hər üç futbolçu Bakıdakı görüşdən sonra klublarına qayıdarkən karantinə alınacaq. Belə olacağı təqdirdə, futbolçular ən azı iki oyunu buraxacaqlar.

Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan yığmasının qonağı olacaq.(report)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb