7 may 2026. Cümə axşamı

Fransa klubu türk futbolçulara icazə verdi


Fransa klubu türk futbolçulara icazə verdi

Fransa Liqasında çıxış edən türk futbolçuların milli komandaya qoşulmaq üçün ölkələrinə getməsinə icazə verilib.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçular klublarıyla danışıb və milliyə qoşulmaq üçün icazə alıblar.


Türkiyə Futbol Federasiyası “Lill”in futbolçuları Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik və Liqa 2 təmsilçisi “Le Havre”də oynayan Umut Meraş üçün təyyarə göndərəcək. Bu futbolçular milli komandanın qarşıdan gələn 3 oyunundan sonra yenidən xüsusi təyyarə ilə Fransaya qayıdacaqlar.

Xatırladaq ki, Fransa Peşəkar Futbol Liqası koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-də çıxış edən Avropa Birliyinin üzvü olmayan ölkələrin futbolçularına öz ölkələrinə getməsinə məhdudiyyətlər qoyub.

Türkiyə millis DÇ-2022-nin seçmə mərhələsinin Niderland (24 mart), Norveç (27 mart) və Latviya (30 mart) ilə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb