5 may 2026. Çərşənbə axşamı

Levandovskinin Londona getməsinə icazə verilmir


Levandovskinin Londona getməsinə icazə verilmir

"Bavariya” klubu futbolçusu Robert Levandovskinin Polşa millisi ilə İngiltərəyə yollanmasına icazə vermir.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 31-də İngiltərə ilə səfərdə qarşılaşacaq. Polşa yığmasının üzvləri London səfərindən qayıtdıqdan sonra 14 günlük karantində qalmalı olacaqlar.

“Bavariya” klubu bu səbəbdən 32 yaşlı hücumçunun sözügedən qarşılaşma üçün İngiltərəyə yollanmasına qarşıdır. Münhen təmsilçisi Levandovskinin Polşa yığmasının Macarıstanla səfər və Andorra ilə ev oyunlarında iştirak etməsinə razıdır, lakin İngiltərə səfərinə yox.

Qeyd edək ki, Levandovski bu mövsüm “Bavariya” ilə 35 oyunda 39 qol vurub.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb