7 may 2026. Cümə axşamı

Portuqaliya millisində ciddi itki - millimizlə oyunu buraxacaq


Portuqaliya millisində ciddi itki - millimizlə oyunu buraxacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycanla qarşılaşacaq Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, yığmanın qapıçısı Rui Patrisio zədələnib. Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qapıçı yığmanın heyətindən çıxarılıb.

Patrisio “Vulverhempton"un heyətində “Liverpul”a qarşı İngiltərə Premyer Liqası matçı (0:1) zamanı başından zədələnmişdi. Patrisionun əvəzinə Yunanıstan “Olimpiakos”undan Joze Saya dəvət göndərilib.

Qeyd edək ki, Portuqaliya millisi martın 24-də, İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda Azərbaycanla qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb