- Avropa çempionatı
- 15:35 16.11.2025
İtaliya millisi iki ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, “Roma”nın yarımmüdafiəçisi Brayan Kristante və “Çelsi”nin futbolçusu Jorjinyo sıradan çıxıb. Bu barədə yığmanın baş məşqçisi Roberto Mançini milli komandanın mətbuat xidmətinə açıqlamasında deyib. 56 yaşlı mütəxəssis hər iki yarımmüdafiəçinin zədə səbəbindən yığmanın düşərgəsini tərk edə biləcəyini bildirib.
İtaliya millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Şimali İrlandiya (ev), 28-də Bolqarıstan (səfər), 31-də isə Litva ilə (səfər) qarşılaşacaq.