5 dekabr 2025. Cümə

Azərbaycanla oyun asan olmayacaq - Portuqaliyalı futbolçu


Azərbaycanla oyun asan olmayacaq - Portuqaliyalı futbolçu

Portuqaliya milli komandasının futbolçusu Danilo Pereyra DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə danışan 29 yaşlı yarımmüdafiəçi, Azərbaycanla oyunun asan olmayacağını deyib:

“Azərbaycanla oyun asan olmayacaq. Bu mərhələdə rahat oyunlar yoxdur. Mundiala qələbə ilə başlamaq vacibdir. Qarşıdakı üç oyunda məqsədimiz hər birində qələbə qazanmaqdır.

Zəif komanda yoxdur. Yaxşı təşkilatlanmış, əks hücuma çox yaxşı çıxan, müdafiədə və öndə sabit çıxış edən komandalar var. Yaxşı nəticə əldə etmək üçün Azərbaycanı düzgün təhlil etməliyik”.

Sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb