5 dekabr 2025. Cümə

Azərbaycanla oyun bizim üçün çox vacibdir - Ruben Dias


Azərbaycanla oyun bizim üçün çox vacibdir - Ruben Dias

Futbol üzrə Portuqaliya yığmasının müdafiəçisi Ruben Dias DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki,  23 yaşlı müdafiəçi bu gün İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Həmişə olduğu kimi, burada olmağımdan, Portuqaliyanı təmsil etməyimdən çox məmnunam. Milli komandada oynamaq imkanım var. Əlimdən gələni etmək və yaxşı nəticə qazanmaq üçün səbrsizlənirəm.

Çox aydın oyun taktikamız var. Milli komandada fərqli rəqabət mövcuddur. Qarşıdakı hər oyuna ciddi yanaşmalıyıq. Hədəfimiz dəyişməz olaraq qalır. Əsas məqsəd mundiala yollanmaqdır. Ona görə hər bir oyun bizim üçün çox vacibdir. Ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq, ən yaxşı kartlarımızdan istifadə edəcəyik. Bir neçə müddətdir birlikdə oynayırıq və oyunumuzu daha da yaxşılaşdırmaq və inkişaf etdirmək istəyirik.

Kristiano Ronaldya gəlincə, o, dünyanın ən yaxşı oyunçularından biridir. Komandaya əsaslı töhfə verən bir oyunçudur. Ancaq biz yalnız Ronaldoya güvənməyəcəyik. Komanda şəklində oynayacağıq. Bütün oyunçuları inteqrasiya etməyə çalışırıq”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb