5 dekabr 2025. Cümə

Türkiyə millisində ciddi itki


Türkiyə millisində ciddi itki

Futbol üzrə Türkiyə milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar öncəsi ciddi itkilərlə üzləşib.

Corner.az xəbər verir ki, “ay-ulduzlular”ın heyətində yarımmüdafiəçi İrfan Can Kahveci ilə sağ cinah müdafiəçisi Nazım Sanqare zədələnib.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə hər iki futbolçunun qarşıdakı oyunlarda komandaya kömək edə biləcək durumda olmadığı üçün millidən kənarlaşdırıldığı diqqətə çatdırılıb.

Qeyd edək ki, həm İrfan Can, həm də Sanqare “Fənərbaxça”nın formasını geyinir.

Türkiyə millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsindəki ilk matçında Niderlandı qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qardaş ölkə təmsilçisi martın 27-də səfərdə Norveç, 30-da isə doğma meydanda Latviya yığması ilə üz-üzə gələcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb