5 dekabr 2025. Cümə

Türkiyə Niderland'a qalib gəldi, Fransa Ukrayna ilə bacarmadı


Türkiyə Niderland'a qalib gəldi, Fransa Ukrayna ilə bacarmadı

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunun oyunlarına start veriib.

Corner.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan milli komandası Portuqaliya ilə üz-üzə gəlib. Görüş koronavirus pandemiyasına görə İtaliyada, Turin şəhərindəki “Allianz” stadionunda baş tutub və millimiz məğlubiyyətlə üzləşib. Qrupun digər matçında Serbiya yığması İrlandiyanı qəbul edib və qələbə qazanıb.

G qrupunda yer alan Türkiyə yığması Niderlandla qarşılaşmada möhtəşəm qələbə qazanıb. Qrupun digər matçında Erlinq Halandın çıxış etdiyi Norveç yığması səfərdə Cəbəllütariqa böyük hesabla qalib gəlib. Latviya isə Monteneqro ilə ev oyunundan məğlub ayrılıb.

Belçika millisi Uelsi, Fransa yığması isə Ukraynanı sınağa çəkib. Fransada heç-heçə qeydə alınıbsa, Belçikada meydan sahibləri inamlı qələbə qazanıb.

İlk turun digər oyunları sabah keçiriləcək.

DÇ-2022, seçmə mərhələ, 1-ci tur

24 mart

G qrupu

Türkiyə – Niderland 4:2
Qol
: B.Yılmaz, 15; 34-pen; 81. H.Çalhanoğlu, 46 – Klaassen, 75. De Yonq, 76.

Cəbəllütariq – Norveç 0:3
Qol
: Sorlot, 43. Torstvedt, 45. Svensson, 57.

Latviya – Monteneqro 1:2
Qol
: İkaunieks, 40 – Yovetiç, 41; 83.

D qrupu

Fransa – Ukrayna 1:1
Qol
: Qrizmann, 19 – Kimpembe, 57-öz qapısına.

Finlandiya – Bosniya və Herseqovina 2:2
Qol
: Pukki, 58; 77 – Pyaniç, 55. Stevanoviç, 84.

E qrupu

Belçika – Uels 3:1
Qol
: De Bruyne, 22. Hazard, 28. Lukaku, 73-pen – Uilson, 10.

Estoniya – Çexiya 2:6
Qol
: Sappinen, 12. Anyer, 86 – Şik, 18. Barak, 27. Souçek, 32; 43; 48. Yankto, 56.

A qrupu

Portuqaliya – Azərbaycan 1:0
Qol
: M.Medvedev, 37-öz qapısına.

Serbiya – İrlandiya 3:2
Qol
: Vlahoviç, 40. Mitroviç, 69; 75 – Braun, 18. Kollinz, 86.

H qrupu

Malta – Rusiya 1:3
Qol
: Mbonq, 56 – Dzyuba, 23. M.Fernandes, 35. Sobolyov, 90.

Sloveniya – Xorvatiya 1:0
Qol: Lovriç, 15.

Kipr – Slovakiya 0:0







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb