5 dekabr 2025. Cümə

Asan oyun olmadı - Portuqaliyalı müdafiəçi


Asan oyun olmadı - Portuqaliyalı müdafiəçi

"Burada hamı keyfiyyətli komandadır. Buna görə də asan oyun alınmadı. İkinci hissədə rəqibin keçidlərini tam nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik".

Corner.az-ın məlumatına görə, bunu Portuqaliya yığmasının futbolçusu Dominqus Duarte evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

 26 yaşlı müdafiəçi bildirib ki, hər zaman qələbə qazanmaq və seçmə mərhələyə 3 xalla başlamaq çox vacibdir. O, növbəti qarşılaşmada səfərdə Serbiyanı da yenmək istədiklərini bildirib: "Hər zaman eyni ambisiyada olacağıq. İşimiz bu görüşdən sonra bərpa olunmaq və növbəti qarşılaşmadan da qalib ayrılmaqdır".

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb