5 dekabr 2025. Cümə

Portuqaliya millisinin baş məşqçisindən qələbə şərhi


Portuqaliya millisinin baş məşqçisindən qələbə şərhi

"İlk hissədə oyuna nəzarət tam olaraq bizdə idi. Daha çox qol vura bilərdik. Rəqibin meydanın mərkəzini keçib-keçmədiyini bilmirəm. Top itkilərindən yaxşı istifadə etdik və kompakt oynadıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santos İtaliyanın Turin şəhərində Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

67 mütəxəssis bildirib ki, oyun komandasının nəzarəti altında keçib: "Həlledici zərbələri yaxşılaşdırmalıyıq. Düzdür, bu gün avtoqolla qələbə qazandıq. Amma daha yaxşı nəticəyə layiq idik".

Təcrübəli baş məşqçi ikinci hissədə yaxşı oynamadıqlarını etiraf edib: "Ötürmələrdə səhvlərə yol verdik. Rəqib heç-heçəyə inanmağa başladı. Məğlubiyyətdən qaçmaq üçün yollar axtarırdılar. 3-4 epizodda qapımıza doğu zərbə vurmalarına imkan verdik. Joau Felişin meydana çıxmasından sonra isə vəziyyət yaxşılaşdır".

Santuş qələbə qazanmağın önəmli olduğunu vurğulayıb: "Bilirdik ki, bu cür oyunlar hər zaman çətin keçir. Fərqli hesabla qalib gələcəyimizi gözləyirdim. Bundan sonra Serbiya millisi barədə düşünə bilərik. Həmin qarşılaşma fərqli olacaq".







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb