5 dekabr 2025. Cümə

Burda olmaq qürur vericidir - Portuqaliyalı futbolçu


Burda olmaq qürur vericidir - Portuqaliyalı futbolçu

Portuqaliya milli komandası DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunda Azərbaycanla qarşılaşıb.

Corner.az xəbər verir ki, 1:0 hesabıyla bitən görüşdə “Sportinq”in futbolçusu Nuno Mendes Portuqaliya yığmasında debüt edib. 18 yaşlı sol cinah müdafiəçisi Portuqaliya mətbuatına debütü haqda fikirlərini bildirib:

“Yüksək səviyyəli futbolçularla birlikdə oynamaq gözəl hisslərdir. Çox məmnunam. Burda olmaq qürurvericidir.

Oyundan əvvəl bütün futbolçular mənə məsləhət verdi, kapitan Kriştiano Ronaldo da. Bu, mənim üçün çox vacib idi və meydanda faydasını gördüm”.

Ötən il “Sportinq”in əsas komandasında debüt edən Mendesin “transfermarkt”da dəyəri 17 milyon avrodur.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb