5 dekabr 2025. Cümə

Layiqli rəqibə məğlub olduq - Niderlandın baş məşqçisi


Layiqli rəqibə məğlub olduq - Niderlandın baş məşqçisi

Niderland milli komandasının baş məşqçisi Frank de Bur DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Türkiyəyə qarşı keçirdikləri səfər matçını şərh edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, 2:4 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Burnumuzu aşağı salmaq olmaz. Bu, hələ ilk tur idi. Niyə sakitəm? Ağlamalıyam? Layiqli rəqibə məğlub olduq. Düzdür, belə komandaları məğlub etməliyik. Lakin qələbə rəqibə qismət oldu.

Topa daha çox sahib olan, təhlükəli qol imkanları yaradan biz idik. Fasilədən sonra dərhal tempi artırmalı idik. Komandama inanıram və bilirəm ki, futbolçular əllərindən gələni etdilər. Düzdür, nəticə xəyal qırıqlığı yaratdı. Lakin türklər də bu oyunda ölümcül təsirli idilər”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb