5 dekabr 2025. Cümə

Zirə'nin legioneri 73 dəqiqə oynadı


Zirə'nin legioneri 73 dəqiqə oynadı

"Zirə”nin legioneri Klesio Bauk Mozambik milli komandasının heyətində növbəti oyuna çıxıb.

Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turu çərçivəsində Ruanda ilə səfər matçının iştirakçısı olub.

Komandasının start heyətində meydana çıxan yarımmüdafiəçi 73-cü dəqiqədə əvəzlənib. Mozambik yığması bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Baukun komandası 5 oyuna topladığı 4 xalla F qrupunda 3-cü yerdə qərarlaşıb.

Mozambik millisinin növbəti matçı martın 30-da “Qarabağ”ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verde yığmasına qarşı olacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb